• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Super Dünya" kəşf edildi: 137 işıq ili uzaqda...

DÜNYA

05 Fevral 2024 | 11:32

"Super Dünya" kəşf edildi: 137 işıq ili uzaqda...

NASA 137 işıq ili uzaqlıqda yerləşən, yaşamaq mümkün olan “Super Dünya”nı kəşf etdiyini açıqlayıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, NASA-nın saytında yer alan məlumata görə, elm dünyasını həyəcanlandıran ekzoplanet kəşfinin ilk addımları 2023-cü ildə atılıb.

“TOI-715 b” adlanan planetin Yerdən 1,5 dəfə böyük olduğu və “bir il”i cəmi 19 gündə tamamladığı açıqlanıb.

NASA planetin ana ulduzunun ətrafında "qoruyucu" yaşayış zonasının olduğunu və suyun mövcud ola biləcəyini bildirib. "TOI-715 b"-nin qoşulduğu sistemdə Yer böyüklüyündə başqa bir planetin ola biləcəyi təxmin edilir.

Ekzoplanetin kəşfinə Birmingem Universitetinin tədqiqatçı köməkçisi Dr. Buraya Corcina Dransfildin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu daxildir.

Qeyd edək ki, kəşf TESS (Planetary Survey Satellite) vasitəsilə həyata keçirilib. Sözügedən araşdırma "Monthly Notices of the Royal Astronomical Society" jurnalında dərc olunub.

Ay Tac

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026