Namibiyada prezident Hage Geingobun ölümündən sonra müvəqqəti prezident Nangolo Mbumba and içib.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, Mbumba bu ilin sonunda keçiriləcək seçkilərdə namizədliyini irəli sürməyi düşünmədiyini qeyd edib.
“Hage Geingobun ölümü ilə millət öz “azadlıq ikonasını” itirdi. Qısa müddətə Namibiya xalqının onların prezidenti olmaq mənim üçün şərəfdir”.
Qeyd edək ki, 82 yaşlı Geingob dünən xərçəng müalicəsi aldığı xəstəxanada vəfat edib. O, 2015-ci ilin martından ölkəyə rəhbərlik edirdi.
Günəş Mərd




jpg-1709705114.webp)











