• Bakı 22° C

    5.24 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Avropa İttifaqının ali nümayəndəsi Livandadı

DÜNYA

06 Yanvar 2024 | 11:06

Avropa İttifaqının ali nümayəndəsi Livandadı

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək üçün Livanda səfərdədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə CNN telekanalı adı açıqlanmayan Aİ nümayəndəsinə istinadən məlumat yayıb.

“Aİ xarici siyasətinin rəhbəri Livanla İsrail sərhədində baş verən toqquşmaların daha genişmiqyaslı münaqişəyə çevrilə biləcəyindən duyduğu narahatlıq ilə əlaqədar Livanda səfərdədir”, - telekanalın məlumatında deyilir.

Qeyd olunur ki, Borrell Qəzza zonasındakı vəziyyəti və onun bölgəyə təsirini müzakirə etmək üçün bazar gününə qədər Livanda qalacaq.


Avropa İttifaqının ali nümayəndəsi Livandadı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR