• Bakı 20° C

    1.66 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Zibillikdə itmiş brilyant üzük tapıldı

DÜNYA

05 Fevral 2024 | 00:30 | Müəllif: Subhan Mahmudov

Zibillikdə itmiş brilyant üzük tapıldı

Ekspertlərin fikrincə, zibillərin arasında üzük tapmaq demək olar ki, mümkün deyil, lakin bu hal istisnadır.

ABŞ-ın Cənubi Karolina ştatında təkrar emal zavodunun işçiləri şəhərli qadının itirdiyi brilyant nişan üzüyünü tapmaq üçün bir neçə saat konteynerdəki zibilləri eşələyiblər.

Bakıvaxtı.az xəbər verir ki, Qrinvill şəhərinin administrasiyası məlumat yayıb ki, yanvarın 28-də Melani Harper Rezerford küçəsindəki təkrar emal mərkəzinə baş çəkib və zibilləri konteynerə boşaldarkən onun brilyant nişan üzüyü təsadüfən barmağından düşüb.

"Ot tayasında iynə tapmaq çətindir. Zibil qutusunda üzük tapmaq demək olar ki, qeyri-mümkündür", - administrasiyadan bildirilib.

Qadın yardım üçün bələdiyyə kommunal xidmətlərinə məktubla müraciət edib.

"Anlayıram ki, üzük tapmaq şansı azdır. Ancaq zibilin çeşidlənməsi prosesində tapılsa və mənimlə əlaqə saxlansa, çox minnətdar olacağam", - qadın müraciətində yazıb.
Ertəsi gün gələn ictimai işlər şöbəsinin işçiləri zibil qutusunun içindəkiləri yerə atmaq və Harperin üzüyünü tapmaq ümidi ilə diqqətlə yoxlamaq qərarına gəliblər.

"Bir neçə saatlıq axtarışdan sonra Trevis Qolden qızıl tapıb. Ağ qızıl", - şəhər rəhbərliyinin açıqlamasında bildirilir.

Üzüyin sahibi qiymətli əşyasına qovuşmaq üçün mərkəzə dəvət edilib./lent.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026