• Bakı 21° C

    1.8 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Ermənistanın təxribatları həm də Rusiya sülhməramlılarının zəifliyini göstərir

SİYASƏT

08 Iyun 2023 | 11:47

Ermənistanın təxribatları həm də Rusiya sülhməramlılarının zəifliyini göstərir

Xəbər verdiyimiz kimi, iyunun 7-si saat 22:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Politoloq Əziz Əlibəyli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, davamlı şəkildə atəşkəsin pozulması erməni tərəfin əlində olan silahların numayişidir: “Yəni, bir ordu təəssüratı yaratmaq, son əldə etdiyi silahlarla Azərbaycanın təhlükəsizliyini təhdid etmək və özlərini güclü göstəməyə xidmət edir”.

Ə.Əlibəyli deyib ki, baş verənlər dərhal xəbər istehsalıdır: “Çünki atəşkəsin pozulması təhlükəsizliyin kövrək olması və burda ittiham edəcək tərəfin meydana çıxması anlamına gəlir. Həmçinin bu, daim gündəmdə qalmağa xidmət edir. Şübhəsiz, tərəf olaraq Rusiya sülhmıramlılarının dairəsinə aid ərazidə fəaliyyət göstərən separatçılara yönəlik bir leqallaşdırma var bu xəbərlərdə. Onları tərəf kimi təqdim etmək, Azərbaycana qarşı dayanan güc kimi ortaya çıxarmaq və bunun üzərindən də onlara leqal bir görüntü yaratmağa xidmət edir”.

Onun sözlərinə görə, biz hamımız bütöv ölçüdə sülh müqaviləsindən danışırıqsa, bu da prosesə zərbənin mühüm bir hissəsidir. Politoloq qeyd edib ki, sülh müqaviləsi Ermənistanla Azərbaycan arasında gedən prosesin nəticələnməsinə aparıb çıxaracaq yekun sənəddir: “Amma Qarabağ erməniləri hazırda Ermənistanın dövlət rəhbərlərinə, siyasətinə etiraz etməkədirlər. Əlbəttə ki, Rusiya sülhməramlılarının fəaliyyət ərazisində baş verməsi onların nəzarətinin zəifliyini, tərəf olaraq fərqini göstərir”.

Aytac Aslan


SON XƏBƏRLƏR