• Bakı 19° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

ABŞ və İran nümayəndələri Pakistanda görüşəcək- Davamlı sülh imzalanır?   

DÜNYA

08 Aprel 2026 | 08:15 | Müəllif: Ayyət Əhməd

ABŞ və İran nümayəndələri Pakistanda görüşəcək - Davamlı sülh imzalanır?

“ABŞ, İran və onların müttəfiqləri Pakistanın vasitəçiliyi ilə Yaxın Şərqdə beş həftədən çox davam edən müharibəyə son qoymaq məqsədilə Livan da daxil olmaqla bütün bölgələrdə atəşkəs barədə razılığa gəliblər”.

Bakıvaxtı.az “LeMonde.fr”-ə istinadən xəbər verir ki, bunu Pakistanın baş naziri Şahbaz Şərif açıqlayıb.

O bildirib:

“İran İslam Respublikası və ABŞ-nin müttəfiqləri ilə birlikdə Livan və digər ərazilər də daxil olmaqla bütün yerlərdə dərhal atəşkəs elan edilməsini məmnuniyyətlə qeyd edirəm”.

Ş.Şərif əlavə edib ki, cümə günü Pakistanın paytaxtı İslamabadda yekun razılaşmanı əldə etmək məqsədilə ABŞ və İran nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar keçiriləcək:

“Ümid edirik ki, İslamabad danışıqları davamlı sülhə yol açacaq. Qarşıdakı günlərdə daha müsbət xəbərlərlə çıxış etməyi səbirsizliklə gözləyirik”.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026
03 Oktyabr 2026