• Bakı 16° C

    1.77 m/s

Estoniya Ukraynaya yeni avadanlıq göndərdi

DÜNYA

03 Avqust 2023 | 11:16

Estoniya Ukraynaya yeni avadanlıq göndərdi

Estoniya Ukraynaya humanitar yardım çərçivəsində dəniz minalarının təmizlənməsi üçün avadanlıq göndərib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Estoniya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, avadanlıqlar artıq Ukraynanın müvafiq qurumlarına çatdırılıb:

“Estoniyalı xilasedicilər Ukraynanın Nikolayev şəhərindən olan həmkarlarına 90-dan çox metal detektoru və dörd ixtisaslaşdırılmış avtomobil təhvil veriblər”.

Bundan əlavə, müxtəlif yanğınsöndürmə vasitələri, köpük boruları, köpük konsentrat dispenserləri, yanğın baltaları, projektorlar və digər ləvazimatlar da yardım paketinə daxil edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026