• Bakı 12° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

NATO təcili hərbi təlimlərə başlayır

DÜNYA

02 Sentyabr 2023 | 11:09

NATO təcili hərbi təlimlərə başlayır

NATO ölkələri Rusiyanın ehtimal edilən hərbi təcavüzünə hazırlığı sınaqdan keçirmək məqsədi ilə hərbi təlimlər keçirəcək.

 Bakıvaxtı.az xəbər verir ki, bunu Almaniyanın Hərbi Dəniz Qüvvələrinin komandanı Yan Kristian Kaak bildirib.

Onun sözlərinə görə, təlimlər Baltik dənizində 30-a yaxın gəmi və 3000-dən çox NATO hərbçisinin iştirakı ilə keçiriləcək: “Müttəfiqlər ilk dəfə olaraq Rusiyanın mümkün hücumuna necə cavab verməyi təcrübədən keçirəcək. Biz Rusiyaya qarşı ayıq-sayıq olmalıyıq”.

Bildirilib ki, təlimlər sentyabrın 9-da başlayacaq və 2 həftə dava edəcək. Hərbi manevrlərə İsveç hərbçiləri də qatılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026