• Bakı 11° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Evdən ər və arvadın meyitləri aşkarlandı

CƏMİYYƏT

08 Aprel 2023 | 09:39

Evdən ər və arvadın meyitləri aşkarlandı

Gədəbəy rayonunun Moruxlu kəndində evdən ər və arvadın meyitləri aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, 1959-cu il təvəllüdlü Əliyev Oktay Həsən oğlu və 1962-ci il təvəllüdlü arvadı Məmmədova Məryam İlyaz qızının meyitləri 07.04.2023-cü il tarixdə saat 09:50 radələrində yaşadıqları evlərində aşkarlanıb.

Həmin vaxt evdən kəskin qaz iyi gəlib və yataq otağında qaz sobası işlək vəziyyətdə olub.

Oktay Əliyevin meyitinin bədən səthində xəsarət və ya xəsarət izi aşkar edilməyib, Məryam Məmmədovanın meyitinin bədən səthində isə yanıq sahəsi aşkarlanıb.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026