• Bakı C

    4.4 m/s

  • USD - 1.7

    EUR - 1.7692

    RUB - 1.6998

"Fənərbağça" çempionluq yolunda ağır zərbə aldı

İDMAN

23 Aprel 2024 | 00:08

Fənərbağça çempionluq yolunda ağır zərbə aldı

Türkiyə Superliqasında XXXIII tura yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, günün yeganə oyununda çempionluq mübarizəsi aparan "Fənərbağça" səfərdə "Sivasspor"la qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı 45+2-ci dəqiqədə qonaqların heyətində Fred açıb. 58-ci dəqiqədə Fode Koita tablodakı rəqəmləri bərabərləşdirib. 80-ci dəqiqədə İrfan Can Kahvəci komandasını önə keçirib. Matçın yekun nəticəsini 90+4-cü dəqiqədə penaltidən Ray Manaj müəyyənləşdirib.

Bu nəticədən sonra xallarını 86-ya çatdıran "Fənərbağça" ikinci pillədə qərarlaşıb. "Sivasspor" isə 45 xalla onuncu yerdədir. Turnir cədvəlinə 90 xalla "Qalatasaray" başçılıq edir.


SON XƏBƏRLƏR

25 Dekabr 2024