• Bakı 30° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

Fikrət Məmmədov kollektivə təqdim olundu

CƏMİYYƏT

23 Fevral 2024 | 20:10

Fikrət Məmmədov kollektivə təqdim olundu

Konstitusiya Məhkəməsinin yeni təyin edilmiş hakimi Fikrət Məmmədov kollektivə təqdim olunub.

Bu barədə Bakıvaxtı.az-a Konstitusiya Məhkəməsindən məlumat verilib.

Tədbirdə Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları iştirak ediblər.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Prezident İlham Əliyevin təqdimatına əsasən Milli Məclis tərəfindən hakim vəzifəsinə təyin olunması münasibətilə Fikrət Məmmədovu təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

F.Məmmədov göstərilən etimada görə dövlət başçısına təşəkkürünü ifadə edərək hakimlik fəaliyyətində də səylərini əsirgəməyəcəyini bildirib.


SON XƏBƏRLƏR

08 Iyul 2025