• Bakı 8° C

    10.25 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Frankfurt hava limanı bağlanacaq

DÜNYA

06 Mart 2024 | 17:18

Frankfurt hava limanı bağlanacaq

Almaniyanın ən böyük hava limanı olan Frankfurt aeroportu sabah bağlanacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Fraport" məlumat yayıb. 

Məlumatda hava limanının təhlükəsizlik işçilərinin tətili səbəbiylə sərnişinlər üçün bağlanacağı qeyd olunub. Tətillə əlaqədar Hamburq hava limanında sabaha planlaşdırılan 141 reys təxirə salınıb.

Tətilin gün ərzində böyük uçuşların ləğvinə səbəb olacağı bildirilib. 

Qeyd edək ki, Birləşmiş Xidmət Sektoru Birliyi Frankfurt və Hamburq hava limanlarının mühafizəçilərini işəgötürənlə əmək haqqı danışıqlarının qarşısının alınmasından sonra martın 7-də tam günlük tətilə çağırıb.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026