• Bakı 25° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Türkiyə MOSSAD-ın 8 agentini ƏLƏ KEÇİRDİ

DÜNYA

05 Aprel 2024 | 16:15 | Müəllif: Subhan Mahmudov

Türkiyə MOSSAD-ın 8 agentini ƏLƏ KEÇİRDİ

Türkiyənin Daxili İşlər Nazirliyi İstanbulda İsrailin xeyrinə casusluq etməkdə, bir sıra şəxslər və şirkətlər haqqındakı gizli məlumat və sənədləri xarici kəşfiyyata ötürməkdə şübhəli bilinən 8 nəfəri saxlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya X sosial şəbəkəsində məlumat verib.

Məlumata əsasən, həmin şəxslərdən 2-si hələ də saxlanılır, digər 6 nəfər isə məhkəmə nəzarəti altında müvəqqəti azadlığa buraxılıb.

Həmçinin bildirilib ki, saxlananlar arasında Əhməd Ersin Tumlucalı adlı özəl detektiv və həyat yoldaşı 2011-2020-ci illər arasında MOSSAD ilə əlaqədə olub, bu müddət ərzində Almaniya və Avstriyada İsrail Xarici Kəşfiyyat Təşkilatının iki üzvü ilə görüşlər keçirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026