• Bakı 13° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Rusiyalı deputatlar İrəvana gedir

DÜNYA

05 Aprel 2024 | 16:26 | Müəllif: Subhan Mahmudov

Rusiyalı deputatlar İrəvana gedir

Rusiya parlamentarilərindən ibarət nümayəndə heyəti 2024-cü ilin mayında İrəvana səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov deyib.

“Bizim erməni parlamentarilərlə normal təmaslarımız var. May ayında Ermənistana gedirik. Əməkdaşlıq etmək istəyi var və erməni deputatlar səfərlərdən imtina etmirlər. Hesab edirəm ki, parlamentarilər münasibətlərin yaxşılaşdırılmasında müsbət rol oynaya bilərlər. Qarşılıqlı iddialar və narazılıqlar var və ola bilər, lakin bunların hamısı həll olunandır”, - Cabarov bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026