• Bakı 10° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Gənc qızın ölümünə səbəb olan sürücü bəraət aldı

CƏMİYYƏT

10 Noyabr 2022 | 16:52

Gənc qızın ölümünə səbəb olan sürücü bəraət aldı

Bakıda gənc qızın ölümünə səbəb olan sürücüyə bəraət verilib.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Nərimanov Rayon Məhkəməsində keçirilən iclasda təqsirləndirilən Yusif Mürsəllinin cinayət işi üzrə hökm elan olunub. Hökmə əsasən, məhkəmə onun əməlində cinayət tərkibi olmadığı qənaətinə gələrək, bəraət hökmü çıxarıb. Məlumatı Y.Mürsəllinin vəkili Əli Hüseynov təsdiq edib.

Qeyd edək ki, hadisə bu il martın 14-də baş verib. Y.Mürsəlli “Mazda CX5” markalı avtomobillə “Gənclik” avtodayanacağının qarşısında baş verib. Belə ki, hadisə zamanı yolu keçmək istəyən 2000-ci il təvəllüdlü piyada Nəzrin Rüstəmova Y.Mürsəllinin idarə etdiyi maşınla vurulub. Yaralı 10 gün sonra xəstəxanada vəfat edib. Sürücü Cinayət Məcəlləsinin 263.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinirdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR