• Bakı 23° C

    5.3 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Gəncədə 300-ə yaxın cücə yandı - FOTO

CƏMİYYƏT

08 Mart 2022 | 22:21 | Müəllif: Subhan Mahmudov

Gəncədə 300-ə yaxın cücə yandı - FOTO

Gəncədə yanğın baş verib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində yerləşən həyət evlərinin birində qeydə alınıb.

Vətəndaş Saleh Qasımova məxsus 25-30 kv m olan yardımçı tiklidə (cücə damı) anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı 300-ə yaxın cücə yanaraq tələf olub, yardımçı tikili isə yararsız hala düşüb. İlkin ehtimallara görə yanğın qısaqapanmadan baş verib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026