“Azəralüminium” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
Bakıvaxtı.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi əsasında tərtib etdiyi protokolu Gəncə Şəhər Məhkəməsinə göndərib.
Həmin maddəyə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Xatırladaq ki, “Azəralüminium” “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansındadır. “Azəralüminium” Azərbaycan Respublikasında əlvan metallurgiya sənayesinin müəssisələrini özündə birləşdirməklə boksit filizindən alüminium-oksid, ilkin alüminium külçə və s. istehsal edir.
İbRa







-2jpg-1664546798.webp)








