• Bakı 16° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Güclü külək olacaq, yağış yağacaq - XƏBƏRDARLIQ

CƏMİYYƏT

21 Iyul 2023 | 16:16 | Müəllif: Qalib İbrahimoğlu

Güclü külək olacaq, yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında iyulun 22-si və 24-də şimal-qərb küləyinin 15-18 m/s, 24-də yarımadanın bəzi yerlərində arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata görə, Azərbaycanın rayonlarında iyulun 21-24-də əsasən gündüz saatlarında bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

    Şərq küləyi bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

    Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    06 Noyabr 2026