• Bakı 22° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Günəşlənmə ilə bağlı VACİB XƏBƏRDARLIQ

CƏMİYYƏT

10 Iyul 2023 | 10:34

Günəşlənmə ilə bağlı VACİB XƏBƏRDARLIQ

Günəş şüalarının tərkibindəki ultrabənövşəyi (A,B,C) və görünməyən işıqlar faydalı olduğu qədər, həm də ciddi zərər verə bilir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 19 nömrəli Şəhər Poliklinikasının baş həkiminin müavini Yeganə Cəfərova bildirib.

Onun sözlərinə görə, bu şüalar dəri xərçəngi və ya dərinin vaxtından əvvəl yaşlanmasına da səbəb olur:

“Günəş şüası qəbul edilməsi zamanı günün müəyyən saatına diqqət etmək şərtdir. Məsələn, saat 12:00-15:00 arası günəş şüaları qəbul etmək məsləhət deyil. Çünki bu saatlarda günəş şüaları düz bucaq altında düşür və bu səbəbdən şüalanma dəriyə kanserogen və yaşlanma təsiri göstərir. Lakin saat 12:00-dək və 15:00-dan sonra günəş şüaları atmosferdən yerə yayılır, bu zaman isə ultrabənövşəyi (B və C) şüalar daha az zərərli olmağa başlayır. Buna baxmayaraq, bu saatlarda da günəş şüalarının zərərli təsirlərindən qorunmaq üçün SPF kremlərdən istifadə edərək günəşlənmək tövsiyə olunur. Əgər günəşləndikdən sonra dəri soyulmağa başlayırsa, bu düzgün olmayan və keyfiyyətsiz günəş şüalanması təsirindən baş verir. Bu özü də dərinin 1-ci dərəcəli yanıq travması alması anlamına gəlir. Bu tip yanıqlar bəzən dəriyə su toplayır, bəzən isə dəridə su toplamamaqla təzahür edir.

Beləliklə, müxtəlif qoruyucu kremlərdən istifadə etdikdə və düzgün saatlarda günəş şüaları qəbul etdikdə, doğru günəşlənmə baş verir və bu zaman yaranan dəri rəngi bir növ günəşdən qorunma mexanizminə çevrilir. Əgər dəri tamlığını itirib bu mexanizmdən çıxarsa, orqanizm artıq bu şüalardan zərər görməyə başlayır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026