• Bakı 23° C

    2.66 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Gürcüstanda parlament seçkiləri başa çatıb - YENİLƏNİB

DÜNYA

26 Oktyabr 2024 | 20:58 | Müəllif: Əli Hüseynov

Gürcüstanda parlament seçkiləri başa çatıb - YENİLƏNİB

Gürcüstanda parlament seçkilərində səsvermə başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, seçki məntəqələri qrafikə uyğun olaraq saat 08:00-da açılıb, saat 20:00-da bağlanıb.

Artıq səslərin hesablanmasına başlanılıb.

Səsvermə üçün 3044 seçki məntəqəsi açılıb. Seçicilərin ümumi sayı 3 milyon 508 min 294 nəfərdir.

***

18:52

Gürcüstanda keçirilən parlament seçkilərində saat 17:00-da (Bakı vaxtı ilə 17:00) seçicilərin 50,6%-i iştirak edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

2020-ci il parlament seçkilərində bu vaxta qədər seçici fəallığı 45,77% idi.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri keçirilir. Belə ki, ölkədə 3111 seçki məntəqəsi açılıb. Bunlardan 3044-ü Gürcüstandadır. Qalan 67-si isə xarici ölkələrdədir. Bu seçkilərdə 3 508 294 seçici (95 910 nəfəri xarici ölkələrdə) səs verə biləcək. Səsvermə saat 20:00-da başa çatacaq.

***

16:18

Gürcüstanda parlament seçkilərində seçici aktivliyi 41,62 faizə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilib.

    Qeyd olunub ki, saat 15:00-dək 1 milyon 454 min 837 seçici səsvermə hüququndan istifadə edib. Ən böyük seçici aktivliyi Tbilisidə (437 426) qeydə alınıb. Azərbaycanlıların lompakt yaşadığı Kvemo Kartlidə 142 851 nəfər səs verib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR