• Bakı 7° C

    5.74 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Gürcüstan XİN Litvanın səfirini çağırıb

DÜNYA

31 May 2024 | 16:36

Gürcüstan XİN Litvanın səfirini çağırıb

Gürcüstan Xarici İşlər Nazirliyi Litvanın səfirini çağırıb.

Bakıvaxtı.az bu barədə “TASS”a istinadla xəbər verir.

Məlumata görə, Gürcüstan XİN Litvanın Tbilisidəki səfiri Andrius Kalindranı çağırıb və ona Vilnüs tərəfindən ölkənin daxili işlərinə kobud müdaxiləsi barədə məlumat verilib .

Həmçinin Litvanın xarici işlər naziri Qabrielius Landsbergisin Tbilisidə keçirilən etiraz aksiyasında iştirakına və xarici agentlər haqqında qanunun qəbulu ilə əlaqədar Gürcüstan səfirinin Litva Xarici İşlər Nazirliyinə çağırılmasına diqqət çəkilib.

Gürcüstan XİN qeyd edib ki, Vilnüsün bu hərəkətləri iki dövlət arasında ənənəvi olaraq mövcud olan dostluq və tərəfdaşlıq münasibətlərinə uyğun gəlmir.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026