• Bakı 10° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Gürcüstanda dizel yenidən bahalaşdı

DÜNYA

08 Iyul 2022 | 23:09 | Müəllif: Subhan Mahmudov

Gürcüstanda dizel yenidən bahalaşdı

Son günlər Gürcüstanda dizel yanacağı yenidən bahalaşıb.

Bakıvaxtı.az xəbər verir ki, hazırda bəzi yanacaqdoldurma məntəqələrində avtomobil yanacağının qiyməti 5-19 tetri artımla satılır. Ən çox qiymət artımı dizel yanacağında qeydə alınıb. Eko dizel yanacağının 1 litri 4,78 lariyə (1,65 ABŞ dolları), avro dizel yanacağı isə 4,74 lariyə satılır.

Gürcüstanın Neft Məhsulları İdxalatçıları İttifaqının sədri Vano Mtvralaşvili deyib ki, dizel yanacağının qiymətinin artması bir sıra amillərlə bağlıdır. Qiymət artımına ilk növbədə dünya bazarında dizel yanacağının qiymətlərinin bahalaşması səbəb olub. Digər tərəfdən, təchizat sahəsində müəyyən problemlər yaşanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026