• Bakı 7° C

    9.87 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Gürcüstanda yenə torpaq sürüşməsi baş verdi

DÜNYA

11 Fevral 2024 | 20:12 | Müəllif: Subhan Mahmudov

Gürcüstanda yenə torpaq sürüşməsi baş verdi

Gürcüstanın Xaşur rayonunun Taşiskari kəndində dağın yamacından dərəyə torpaq və ağac kütləsi sürüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan Fövqəladə Hallar Xidməti məlumat yayıb.

"Güclü yağışlar nəticəsində Xaşur rayonunda sürüşmə prosesləri və daşqınlar güclənib. Hadisə yerində sürüşmə proseslərinin qarşısını almaq üçün bütün lazımi avadanlıqlarla təchiz olunmuş xidmət qrupları səfərbər edilib. Ərazidə bütün müvafiq texniki vasitələrdən istifadə edilməklə təmizlik işləri aparılır", - məlumatda deyilir.

Qeyd edək ki, bundan öncə Gürcüstanın İmereti regionunda baş verən torpaq sürüşməsi insan tələfatı ilə nəticələnmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026