• Bakı 5° C

    1.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Ən uzun və ən qısa oruc tutan ölkələr

DÜNYA

12 Mart 2024 | 19:49 | Müəllif: Subhan Mahmudov

Ən uzun və ən qısa oruc tutan ölkələr

Ramazan ayının ilk günündə dünyada ən uzun orucun tutulduğu yerlərdən biri Rusiyanın Murmansk şəhəridir. Burada imsakla iftar arasındakı vaxt 19 saat 5 dəqiqədir. 

Bakıvaxtı.az xəbər verir ki, Rusiyadan sonra ən uzun orucun tutulduğu yer İslandiyadır. İslandiyanın Reykyavik şəhərində müsəlmanlar 18 saat 20 dəqiqə oruc tuturlar. 

İslandiya müsəlmanların ən az olduğu ölkələr sırasındadır. Müsəlmanlar İslandiyanın 330 min nəfərlik əhalisinin təxminən 0,5 faizini təşkil edir. Ölkədə yaşayan müsəlmanların əksəriyyəti qaçqınlardır. 

Ən qısa oruc tutulan ölkələr isə 11 saat 48 dəqiqə ilə Argentina və 12 saat 20 dəqiqə ilə Cənubi Afrika Respublikasıdır. /metbuat.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR