Ukrayna prezidenti Vladimir Zelenski rumıniyalı həmkarı Klaus İohannis ilə görüş keçirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna lideri öz "Telegram" kanalında məlumat verib.
Məlumata görə, dövlət başçıları müdafiə sektorunda əməkdaşlığı müzakirə ediblər.
Zelenski İohannisə Dnestr su elektrik stansiyasının atəşə tutulması barədə də danışıb, onun sözlərinə görə, bu, Rusiya Silahlı Qüvvələri tərəfindən həyata keçirilir. O qeyd edib ki, etibarlı hava qalxanı yaratmaq üçün Ukraynanın hava hücumundan müdafiə sistemlərini gücləndirmək lazımdır.
Bundan əlavə, Zelenski vurğulayıb ki, Ukrayna Rumıniya ilə birlikdə qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verir.
Mina Mikayılova














jpg-1715414626.webp)

