• Bakı 18° C

    7.01 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

HƏMAS liderlərindən daha biri öldürüldü

DÜNYA

11 Aprel 2024 | 18:40 | Müəllif: Subhan Mahmudov

HƏMAS liderlərindən daha biri öldürüldü

İsrail Müdafiə Qüvvələri (IDF) HƏMAS hərəkatının hərbi qanadının üzvü Yakob Cabber Nasiri öldürüb.

Bakıvaxtı.az bildirir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb

"IDF və Baş Təhlükəsizlik Xidməti (Şin Bet) terrorçu Yakob Cabber Nasseri məhv edib. HƏMAS-ın hərbi qanadındakı fəaliyyətinin bir hissəsi olaraq o, HƏMAS-ın Rəfahdakı hərbi fəaliyyətinin əhəmiyyətli hissəsinin maliyyələşdirilməsinə cavabdeh idi", - departament qeyd edib.

Onlar vurğulayıblar ki, ötən ilin sonunda Naser HƏMAS-ın hesablarına hərəkatın hərbi fəaliyyətini davam etdirmək üçün yüz minlərlə dollar köçürüb./teleqraf.com


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR