• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Maskdan geomaqnit qasırğası ilə bağlı AÇIQLAMA

DÜNYA

11 May 2024 | 18:32 | Müəllif: Subhan Mahmudov

Maskdan geomaqnit qasırğası ilə bağlı AÇIQLAMA

“Starlink” internet peykləri güclü geomaqnit qasırğası səbəbindən artan yüklə üzləşir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə amerikalı iş adamı və "SpeysX" şirkətinin sahibi İlon Mask özünün sosial şəbəkə hesabında məlumat verib.

“Starlink” peykləri ağır yük altındadır, lakin hələlik onlar bunun öhdəsindən gələ bilirlər", - deyə o bildirib.

Mask əlavə edib ki, hazırda Günəş aktivliyi səbəbindən qeydə alınmış geomaqnit qasırğası uzun illər ərzində ən güclüdür.

Qeyd edək ki, ABŞ Meteorologiya Xidməti 2003-cü ildən etibarən ilk dəfə Yerə çatan geomaqnit qasırğasının gücünün qiymətləndirilməsini maksimum G5 səviyyəsinə qaldırıb. Xəbərdarlıq olunub ki, geomaqnit qasırğası 2 günə yaxın davam edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026