• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Avropa Parlamenti üzvlərinin maaşı nə qədərdir?

DÜNYA

10 Iyun 2024 | 16:00

Avropa Parlamenti üzvlərinin maaşı nə qədərdir?

Avropa İttifaqının 27 üzv dövləti ötən gün Avropa Parlamentinə 720 üzv seçib. Burada müəyyənləşən deputat sayı Aİ-yə üzv olan ölkələrin əhalisinin sayına uyğun təyin edilir. Məsələn, 96 deputatla Almaniya birinci yerdə, 81 deputatla isə Fransa üçüncü yerdədir. Bəs görəsən bu böyük təşkilatın parlamentarilərinin maaşı nə qədərdir?

Bakıvaxtı.az “Haber Global”a istinadən xəbər verir ki, Avropa Parlamentində fəaliyyət göstərən siyasətçilər əsas maaşlarından əlavə, peşə xərclərini qarşılamaq üçün aylıq 4950 avro müavinət alırlar.

Bundan əlavə, Avropa Parlamentinin keçirildiyi Brüsseldə və ya Strasburqda (yemək, otel və s.) xərclərini ödəmək üçün gündə 338 avro sabit müavinət verilir.

Qeyd edək ki, 2019-cu illə müqayisədə əsas müavinət (vergidən əvvəl) 15 faiz artaraq 8757 avro 40 sentdən 10757 avro 42 sentə yüksəlib.

Günel Abbas


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026