• Bakı 26° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

"Xiaomi" smartfonları insanın iştirakı olmadan yığılacaq

DÜNYA

10 Iyul 2024 | 15:27

Xiaomi smartfonları insanın iştirakı olmadan yığılacaq

Çin "Mix Fold 4" və sonrakı "Xiaomi" smartfonları robotlar tərəfindən yığılacaq.

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bu barədə "GizmoChina" şirkətin baş direktoru Ley Czun açıqlama verib.

Onun sözlərinə görə, 81 min kvadratmetr sahədə yerləşən yeni zavodda bütün əməliyyatlar robotlar tərəfindən həyata keçiriləcək. Bütün istehsal avadanlığı avtonom şəkildə qarşılıqlı əlaqə qurmağa və kristal təmizliyini qorumağa, hətta mikro səviyyədə tozu təmizləməyə qadirdir. Ağıllı sistemlər məhsulların keyfiyyətinə nəzarət edir.

"İstehsal prosesi saniyədə bir smartfon istehsal etmək üçün qurulub. Yeni fabrikin illik istehsalı ən azı 10 milyon smartfon təşkil edir. "Xiaomi" yeni istehsal prosesinin inkişafına 2,4 milyard yuan sərmayə qoyub. Pekində yeni açılan zavod ağıllı istehsal üçün milli istinad müəssisəsi kimi sertifikatlaşdırılıb. Yeni zavod "Xiaomi MIX Fold 4" və "Xiaomi MIX Flip" telefonlarını istehsal edəcək". - deyə Ley vurğulayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

28 Iyul 2024