• Bakı 18° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Bolqarıstanda müvəqqəti hökumət formalaşdırılıb

DÜNYA

09 Avqust 2024 | 13:10 | Müəllif: Əli Hüseynov

Bolqarıstanda müvəqqəti hökumət formalaşdırılıb

Bolqarıstan Prezidenti Rumen Radev müvəqqəti hökuməti formalaşdırmağı Hesablama Məhkəməsinin sədr müavini Qoritsa Qrinçarova-Kojarevaya tapşırıb.

Bakıvaxtı.az bu barədə bolqar mediasına istinadən xəbər verir.

Radev bildirib ki, müvəqqəti hökumətin əsas vəzifəsin növbədənkənar ümumi seçkiləri hazırlaşmaqdır: 

"Növbədənkənar ümumi seçkilər üçün ən uyğun tarix 20 oktyabrdır".

Bolqarıstanın ölkə başçısı seçki tarixinin  dəqiqləşdirilməsi üçün Qrinçarova-Kojarevanın quracağı müvəqqəti kabinetin siyahısının ən geci avqustun 19-na kimi hazır olmasının vacibliyini vurğulayıb.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026