• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiya bu ölkələrə dostluq təklif edir

DÜNYA

10 Iyun 2024 | 17:21

Rusiya bu ölkələrə dostluq təklif edir

Rusiya müstəqilliyə önəm verən bütün ölkələrlə əməkdaşlığa hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın Argentinadakı səfiri Dmitri Feoktistov bildirib.

Feoktistov anti-Rusiya sanksiyaları tətbiq edən və Rusiyanı strateji məğlubiyyətə sövq edən ölkələrə tarixin dərslərini öyrənməyi tövsiyə edib:

“Düşmənlərimiz nə qədər istəsələr də, biz yolumuzdan dönməyəcəyik. Biz həmfikir insanlarla birlikdə ədalətsizliyin, zülmün və diktənin olmadığı, hər kəsin təhlükəsizlik və inkişafda bərabər hüquqlara malik olduğu yeni dünya qurmağa davam edəcəyik”.

Günel Abbas


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026