• Bakı 26° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Suriya ilə Səudiyyə Ərəbistanı arasında uçuşlar bərpa edilib

DÜNYA

10 Iyul 2024 | 17:10

Suriya ilə Səudiyyə Ərəbistanı arasında uçuşlar bərpa edilib

"Suriya ilə Səudiyyə Ərəbistanı arasında müntəzəm kommersiya uçuşları təxminən 13 ildən sonra bərpa edilib".

Bakıvaxtı.az "İHA"ya istinadən xəbər verir ki, bunu Suriyanın Səudiyyə Ərəbistanındakı səfiri Ayman Soussan deyib.

Onun sözlərinə görə, Suriya ilə Səudiyyə Ərəbistanı arasında normallaşma prosesi davam edir. İki ölkə arasında münasibətlərin yenidən qurulması çərçivəsində bu gündən etibarən kommersiya uçuşları yenidən bərpa olunub:

"Dəməşq Beynəlxalq Hava Limanından havaya qalxan Suriya Hava Yollarına məxsus ilk təyyarə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına çatıb. Uçuşların bərpası iki qardaş ölkə arasında əlaqələrin inkişafı istiqamətində atılan növbəti addımdır".

Gülşən Şərif


SON XƏBƏRLƏR

28 Iyul 2024