Belarusda antiterror təlimləri keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "BELTA" agentliyi məlumat yayıb .
Məlumata görə, Belarusun Brest vilayətində dövlət qurumlarının terror aktlarına cavab verməyə hazırlığını yoxlamaq məqsədilə təlimlər keçirilir.
Bildirilir ki, təlimlərdə Dövlət Təhlükəsizliyi Komitəsi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Komitəsi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər qurumların bölmələri iştirak edib.
Mina Mikayılova
















