• Bakı 12° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Filippində soğan ətdən bahadır

DÜNYA

11 May 2024 | 17:46 | Müəllif: Gülşən Şərif

Filippində soğan ətdən bahadır

Filippində soğanın qiyməti dünyada ən yüksək həddə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Departamenti məlumat verib.

“Filippin soğanı bəlkə də dünyanın ən bahalı soğanıdır. Ölkəmizdə qırmızı soğanın qiyməti kilosu 650 pesoya (təxminən 12 dollara) çatıb ki, bu da toyuqdan təxminən üç dəfə, mal ətindən isə təxminən 25 faiz bahadır”, - məlumatda bildirilib.

Hazırda Filippində “duzdan şəkərə qədər” bir çox ərzaqların qıtlığı yaşanır. Soğan da çətinliklə tapılan qidalardandır.

Qeyd olunur ki, daxili tələbatı ödəmək üçün hər ay dövlətin 20 min tona yaxın soğana ehtiyacı var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR