• Bakı 26° C

    4.38 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Haalanddan Avropada yeni rekord

İDMAN

04 Oktyabr 2022 | 20:06 | Müəllif: Subhan Mahmudov

Haalanddan Avropada yeni rekord

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland daha bir göstəricidə rekorda imza atıb.

Bakıvaxtı.az “The Sun”a istinadən xəbər verir ki, norveçli forvard Avropanın yerli liqalarında 100 oyuna 103 qol vurub.

O, bu qolları “Zalsburq”, Dortmund “Borussiya”sı və “Mançester Siti”də rəqib qapılarından keçirib. Bununla da gənc hücumçu Avropada ilk 100 oyuna ən çox qol vuran futbolçu olub.

Bu göstəricidə PSV, “Barselona” “Valensiya”da oynamış Romario 2-cidir. Braziliyalı keçmiş futbolçu 100 oyunda 90 dəfə fərqlənib.

Braziliyalı Ronaldo 86 qolla 3-cü, Rud Van Nistelroy (77) 4-cü, Luis Suares (59) 5-ci, Kilian Mbappe (58) 6-cıdır.(qol.az)

Müqayisə üçün bildirək ki, PSJ-nin hücumçusu Messi ilk 100 oyununda 41, "Mançester Yunayted"in oyunçusu Kriştiano Ronaldo isə 16 qol vurub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR