• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Millimiz Millətlər Liqasında bu səbətdə yer alacaq

İDMAN

03 Noyabr 2022 | 15:05

Millimiz Millətlər Liqasında bu səbətdə yer alacaq

İlk dəfə qadın futbolçulardan ibarət yığmalar arasında Millətlər Liqası keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, UEFA 2023-cü ildə start götürəcək yarışın detallarını açıqlayıb.

Millətlər Liqası AVRO-2025 və DÇ-2027-yə, həm də Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqələr baxımından da önəm daşıyacaq. 51 iştirakçı komanda 3 liqada mübarizə aparacaq.

A və B liqalarında 16, C liqasında 19 komanda yer alıb. Azərbaycan yığması C liqasında çıxış edəcək.

Bütün liqalarda komandalar qruplara bölünəcək. A liqasında qrup qalibləri finala çıxacaq. Digər liqaların qrup birinciləri daha yüksək diviziona vəsiqə qazanacaq. A və B liqalarının uğursuzları isə aşağı yuvarlanacaq.

Qeyd edək ki, ilk turnir gələn ilin payızında başlayacaq.


Millimiz Millətlər Liqasında bu səbətdə yer alacaq
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026