• Bakı 22° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Pelenin son vəziyyəti

İDMAN

03 Dekabr 2022 | 13:09

Pelenin son vəziyyəti

Braziliyalı futbol əfsanəsi Pele yenidən xəstəxanaya yerləşdirilib.

Bakıvaxtı.az “Frans Press” agentliyinə istinadən xəbər verir ki, futbolçuda tənəffüs yolu infeksiyası aşkarlanıb. Onun vəziyyəti stabildir.

"Tibb briqadası Peleyə tənəffüs yolu infeksiyası diaqnozu qoyub. O, antibiotiklərlə müalicə olunur. Xəstənin dərmanlara reaksiyası adekvat olub. Pele reanimasiyada deyil, adi palatada qalır. O, müalicəsini davam etdirmək üçün bir müddət xəstəxanada qalacaq”, - deyə agentliyin məlumatında qeyd olunur.
82 yaşlı Pele bədənindəki bədxassəli şişlərin müalicəsi məqsədi ilə bu il iki dəfə xəstəxanaya yerləşdirilib.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026