• Bakı 8° C

    11.16 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Haaqada dinləmələr başa çatdı

SİYASƏT

01 Fevral 2023 | 00:26 | Müəllif: Subhan Mahmudov

Haaqada dinləmələr başa çatdı

“İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın (CERD) tətbiqi ilə bağlı iş üzrə Azərbaycan Respublikasının Beynəlxalq Ədalət Məhkəməsinə ünvanladığı müvəqqəti tədbirlərin təyin edilməsinə dair müraciət üzrə ictimai dinləmələr başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, yanvarın 31-də Haaqadakı Sülh sarayında keçirilən dinləmələrdə Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik edib.

Bundan sonra Beynəlxalq Ədalət Məhkəməsi müzakirələrə başlayacaq.

Qeyd edək ki, müvəqqəti tədbirlərin görülməsi barədə vəsatətlə bağlı məhkəmənin qərarı açıq iclasda çıxarılacaq və onun vaxtı müəyyən edilmiş müddətdə elan olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026