• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İƏT Qarabağda mədəni və dini irsə ziyan vurulmasını pisləyib

SİYASƏT

02 Mart 2023 | 18:23 | Müəllif: Subhan Mahmudov

İƏT Qarabağda mədəni və dini irsə ziyan vurulmasını pisləyib

“30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycanın ərazilərində mədəni və dini irsə vurulmuş ziyanla bağlı məsələ BMT İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən 52-ci sessiyasının yüksək səviyyəli iclasında qaldırılıb”.

Bakıvaxtı.az İƏT-ə istinadən xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha deyib.

O, Əfqanıstanda baş verən hadisələri, Cammu və Kəşmir problemini, Rohinca müsəlman icmasının vəziyyətini və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mədəni və dini irsə vurulan zərəri də xatırladıb.

İƏT rəhbəri təşkilatın insan hüquqlarının və insan ləyaqətinə hörmətin təşviqi və qorunmasına sadiqliyini bir daha təsdiqləyib.

O, Qurani-Kərimin təhqir edilməsinin qınanmalı və hamı tərəfindən pislənilməli olduğunu söyləyərək dövlətlərin ksenofobiya və islamofobiya ilə mübarizəsinin vacibliyini vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026