• Bakı 23° C

    3.06 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Hakan Fidan Antoni Blinkenlə görüşüb

DÜNYA

21 Iyun 2023 | 20:45 | Müəllif: Qalib İbrahimoğlu

Hakan Fidan Antoni Blinkenlə görüşüb

Ukraynanın bərpası üzrə konfransa qatılmaq üçün Londona səfər edən Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə ilk təkbətək görüşünü keçirib.

Bakıvaxtı.az "Haber Global"a istinadən xəbər verir ki, görüşdə Türkiyəyə F-16 qırıcılarının tədarükü, İsveçin NATO-ya üzvlük prosesi və regional məsələlər gündəmə gəlib.

Həmçinin, Ukrayna-Rusiya müharibəsi və Suriyadakı son vəziyyətlə yanaşı, ikitərəfli münasibətlər də müzakirə mövzusu olub.

Xatırladaq ki, Hakan Fidan və Antoni Blinken sonuncu dəfə iyunun 8-də telefonla danışıblar. Blinken Fidanı yeni vəzifəsi münasibətilə təbrik edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR