• Bakı 18° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Hava dumanlı olacaq

CƏMİYYƏT

02 Mart 2022 | 08:25 | Müəllif: Qalib İbrahimoğlu

Hava dumanlı olacaq

Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

ETSN Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-15° isti olacaq.

Bakıda gecə 5-7° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək.

Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026