• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

COVID-19-a yoluxmanın qarşısını alan preparat təsdiqləndi

CƏMİYYƏT

01 Aprel 2022 | 04:30 | Müəllif: Qalib İbrahimoğlu

COVID-19-a yoluxmanın qarşısını alan preparat təsdiqləndi

Avropa Komissiyası koronavirusa yoluxmanın qarşısını almaq üçün “AstraZeneca” Böyük Britaniya-İsveç istehsalı olan “Evusheld” preparatını təsdiqləyib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Dərman Agentliyi (ADA) məlumat yayıb.

Bundan əvvəl, ADA-nın İnsan üçün Dərmanlar Komitəsi “Evusheld” üçün böyüklər və ən azı 40 kiloqram çəkisi olan 12 yaşdan yuxarı yeniyetmələr üçün istifadə üçün qeydiyyat şəhadətnaməsinin verilməsini tövsiyə edib. İndi isə Avropa Komissiyası preparatın istifadəsinə icazə verib. 

“Evusheld” iki monoklonal anticisim, tiksagevimab və tsilgavimabın qarışığından hazırlanıb. ADA-ya görə iki inyeksiya yolu ilə tətbiq edilən preparat altı aya qədər koronavirus infeksiyasına yoluxmanın qarşısını almaqda effektivdir və adətən yüngül formada özünü büruzə verən az sayda yan təsirlərə malikdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026