• Bakı 19° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Hikmət Hacıyev: Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır

SİYASƏT

21 Iyul 2024 | 11:22 | Müəllif: Subhan Mahmudov

Hikmət Hacıyev: Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır

Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Ermənistanın konstitusiyası dəyişməlidir, çünki orada Azərbaycana qarşı birbaşa ərazi iddiaları var.

Bakıvaxtı.az-ın  məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında söyləyib.

O qeyd edib ki, Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır:

"Sülh sazişi ilə bağlı vaxt çərçivəsi qoymuruq. Azərbaycan gözləyir ki, ərazi iddiasına son qoyulsun. Anlayırıq ki, konstitusiya hər ölkənin daxili işidir, amma burada başqa ölkəyə qarşı ərazi iddiası olmamalıdır. Hüquqi çərçivə ərazi iddialarına son qoyacaq formada olmalıdır".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR