• Bakı 10° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Hökumə Əliyevanın büstü HAZIRLANIR

CƏMİYYƏT

11 Mart 2025 | 11:25

Hökumə Əliyevanın büstü HAZIRLANIR

Milli Qəhrəman Hökumə Əliyevanın büstü hazırlanır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Modern.az-a Hökumə Əliyevanın atası Cəlil Alıyev bildirib.

O qeyd edib ki, büst Fəxri Xiyabanda qoyulacaq.

Cəlil Alıyev, həmçinin bildirib ki, Rusiyanın sığorta şirkətinin kompensasiya təklifi barədə məlumatı ancaq xəbərlərdə görüb, ona bu barədə rəsmi məlumat verilməyib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Əliyeva Hökumə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.


SON XƏBƏRLƏR

11 Mart 2025