Xəbər verdiyimiz kimi, Türkiyənin milli müdafiə naziri Hulusi Akarın Azərbaycana gələcək.
Bakıvaxtı.az xəbər verir ki, Akarın səfərinin məqsədi açıqlanıb.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov bildirib ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin digər rəhbər heyəti ölkəmizdə keçirilən birgə təlimləri izləmək məqsədilə bugün Azərbaycana səfər edəcək.
***
11:13
Türkiyə milli müdafiə naziri Hulusi Akar bu gün Azərbaycana gəlir.
Bakıvaxtı.az xəbər verir ki, Akarın rəsmi səfər çərçivəsində bir sıra görüşlər keçirəcəyi bildirilir.
"Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müşayiəti ilə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycana rəsmi səfər edəcək", məlumatda qeyd olunub.
Səbuhi Elnur
















