• Bakı 14° C

    1.14 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Husilər ABŞ-ni hədələyib

DÜNYA

21 Iyun 2025 | 21:49 | Müəllif: Gülşən Şərif

Husilər ABŞ-ni hədələyib

Yəmən husiləri ABŞ hökumətini hədələyərək onların İsrail tərəfində İranla münaqişəyə girəcəyi təqdirdə Qırmızı dənizdəki ABŞ gəmilərinə hücum edəcəklərini bildiriblər.

Bakıvaxtı.az xəbər verir ki, bunu hərəkatın nümayəndəsi Yəhya Sariya bildirib.

“Əgər ABŞ İsraillə birlikdə İrana qarşı hücum və təcavüzdə iştirak edərsə, silahlı qüvvələrimiz Qırmızı dənizdə ABŞ mülki və hərbi gəmilərinə zərbələr endirəcək”, - o deyib.

Saria vurğulayıb ki, husilər bölgədəki bütün fəaliyyəti diqqətlə izləyir və ərazilərini qorumaq üçün lazımi tədbirlər görməyə hazırdırlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026