Yəməndəki husi üsyançıları İranla koordinasiyada İsrailə bir neçə pilotsuz uçuş aparatı atıblar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın dəniz təhlükəsizlik firması "Ambrey" məlumat yayıb.
Məlumata görə, pilotsuz uçuş aparatları (PUA) husilər tərəfindən İsrailə doğru atıldıb.
Şirkətdən bildirilib ki, PUA-lar İranla koordinasiya əsasında buraxılıb.















