• Bakı 7° C

    5.74 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İcra başısı şöbə müdirini İŞDƏN ÇIXARDI

CƏMİYYƏT

24 Yanvar 2022 | 22:37 | Müəllif: Qalib İbrahimoğlu

İcra başısı şöbə müdirini İŞDƏN ÇIXARDI

Goranboy Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifədən azad edilib.

Bakıvaxtı.az-ın məlumatına görə, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev  bununla bağlı əmr imzalayıb. Əmrə əsasən Sərdar İltifat oğlu Sadıqov tutduğu vəzifədən azad edilib.

Həmin vəzifəyə yeni təyinat olmayıb.

Sərdar Sadıqov Goranboy Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə 2019-cu ilin sentyabr ayında təyinat alıb. Həmin vəzifəyə qədər o, rayon İcra Hakimiyyətində İnformasiya təminatı və təhlili sektorunun müdiri vəzifəsində çalışıb.

Vəzifədən azad edilən məmurun atası İltifat Sadıqov Goranboy rayonu üzrə Maliyyə İdarəsinin rəisi vəzifəsini tutur.

Qeyd edək ki, hazırda Goranboy RİH-də başçının birinci müavini, Memarlıq və tikinti şöbəsi müdiri - baş memar vəzifələri vakantdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026