• Bakı 27° C

    5.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

İdman obyektlərində spirtli içkilər satılmayacaq

İDMAN

22 Iyun 2021 | 19:15

İdman obyektlərində spirtli içkilər satılmayacaq

Tokio-2020 Yay Olimpiya Oyunları zamanı idman obyektlərinin ərazisində spirtli içkilər satılmayacaq.

"Kyodo" agentliyini xəbər verir ki, Təşkilat Komitəsi koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bu qərarı qəbul edib

İddiaya görə, əvvəlcə satış nəzərdə tutulsa da, müxalifətin tənqidləri və yerli əhalinin mənfi reaksiyası ilə üzləşən təşkilatçılar sonradan fikrini dəyişib. Qadağa ilə bağlı rəsmi açıqlamanın 1 həftə ərzində veriləcəyi gözlənilir.

Maraqlıdır ki, olimpiadanın sponsorlarından biri Yaponiyanın spirtli içkilər istehsal edən "Asahi" şirkətidir. Təşkilat Komitəsinin saytında "Asahi" içkiləri "Tokio 2020"nin "rəsmi pivəsi" kimi göstərilib.

Qeyd edək ki, olimpiadanın 23 iyul - 8 avqustda, paralimpiadanın 24 avqust - 5 sentyabrda keçirilməsi planlaşdırılıb./unikal/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026