• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

2032-ci il Yay Olimpiya Oyunları bu şəhərdə keçiriləcək

İDMAN

21 Iyul 2021 | 16:27

2032-ci il Yay Olimpiya Oyunları bu şəhərdə keçiriləcək

2032-ci ildə Yay Olimpiya Oyunlarına Avstraliyanın Brisben şəhəri ev sahibliyi edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin Yaponiyanın paytaxtı Tokioda keçirilən sessiyasında qərar qəbul olunub.

Avstraliya üçüncü dəfə Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Belə ki, 1956-cı ildə Olimpiada Melburn, 2000-ci ildə isə Sidneydə təşkil olunub.

Xatırladaq ki, 2024-cü ildə Yay Olimpiya Oyunlarına Paris, 2028-ci ildə isə Los-Anceles şəhərləri ev sahibliyi edəcək.

Qeyd edək ki, “Tokio-2020” Yay Olimpiya Oyunlarının açılış mərasimi iyulun 23-də keçiriləcək. Azərbaycanı yarışda 44 idmançı təmsil edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026